📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov Blinkenin təklifini qəbul etdi

2022-02-18 13:16:00

Lavrov Blinkenin təklifini qəbul etdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Amerika diplomatiyasının başçısı Entoni Blinkenin Avropada görüşmək dəvətini qəbul edib.

Bu barədə açıqlamanı ABŞ XİN-in mətbuat katibi Ned Prays verib. O, öz “Tvitter” səhifəsində görüşün gələn həftənin sonuna planlaşdırıldığını bildirib.

Açıqlamada deyilir: “Bizim şərtimiz Rusiyanın həmin görüşə qədər Ukraynanı işğal eləməməsidir. Əgər yaxın günlərdə Rusiya Ukraynaya təcavüz edərsə, bu onların diplomatiyaya heç vaxt ciddi münasibət bəsləmədikləri demək olacaq”.  

Hürr Tərcüman