📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov: “BMT TŞ-da islahat aparılmalıdır”

2023-04-25 09:24:00

Lavrov: “BMT TŞ-da islahat aparılmalıdır”

R.T.Ərdoğanın “Dünya beşdən böyükdür” sözlərinin əks-sədası

Hurriyyet.az “Kommersant.ru” portalına istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Asiya, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələrinin hesabına genişləndirmə aparmaqla BMT Təhlükəsizlik Şurasında islahatların keçirilməsini sürətləndirməyi təklif edib. Lavrov deyib: “Hazırda BMT TŞ-də Qərb çox güclü təmsil olunub”. Lavrov Qərb nümayəndələrinə özlərini “düzgün aparmağı və dünya ictimaiyyətinin digər üzvlərinə hörmət eləməyi” məsləhət görüb.

Xəbər verdiyimiz kimi, Lavrov BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak eləmək üçün hazırda Nyu-Yorkda səfərdədir.

Hürr Tərcüman