Lavrov bu gün, Putin isə sabah Ermənistana gedəcək - SƏBƏB
2022-11-22 14:25:00
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana ikigünlük səfərə başlayır.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Rusiya XİN rəhbəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.
Qeyd edək ki, sabah KTMT sammitində iştirak üçün Rusiya Prezidenti Vladimir Putin də Ermənistana səfər edəcək.
Rusiya Federasiyasının prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayrıca görüş də planlaşdırılır.
sfera.az