📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov daha nə qədər nazir işləyəcəyini açıqladı - “Nə qədər ki...”

2023-12-11 13:03:21

Lavrov daha nə qədər nazir işləyəcəyini açıqladı - “Nə qədər ki...”

“Rusiyaya nə qədər lazımdırsa, ona xidmət edəcəm”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu postda nə qədər qalmaq arzusunda olması ilə bağlı sualı cavablandırarkən deyib.

“Niyə belə sual verdiyinizi həqiqətən başa düşə bilmirəm. Nə qədər ki, mənə ehtiyacı var, ona qədər ölkəmə xidmət edəcəm”, - o, qeyd edib.

Lavrov 2004-cü ildən Rusiyanın xarici işlər naziri vəzifəsində çalışır. Bundan əvvəl o, 10 il Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi olub.

AzPolitika.info