Lavrov: “Deyəsən, diplomatlarını Ukraynadan çıxaran anqlo-sakslar nə isə hazırlayırlar. Biz də onlar kimi edəcəyik”
Hurriyyet.az “Doyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov Rusiya diplomatlarının bir qisminin Ukraynadan evakuasiya edilməsinin mümkün olduğunu söyləyib. Lavrov bu gün britaniyalı həmkarı Elizabet Trass ilə birgə keçirdiyi konfransdakı çıxışında ABŞ, Böyük Britaniya və digər ölkələrin diplomatları kimi Rusiya diplomatlarının da Ukraynadan çıxarıla biləcəyini deyib: “Yeri gəlmişkən, biz artıq özümüz də fikirləşirik: əgər öz əməkdaşlarını evakuasiya edirlərsə, bəlkə məhz anqlo-sakslar nə isə hazırlayırlar? Onların hərəkətlərinə baxandan sonra biz də öz diplomatik müəssisələrimizin köməkçi personalına diplomatik müəssisələrimizi tərk edib müvəqqəti olaraq evə qayıtmağı məsləhət görəcəyik. Anqlosakson həmkarlarımızın nə niyyətləri olduğunu bilmirəm”.
Diplomatların Ukraynadan evakuasiyası
Bəlli olduğu kimi, artıq ABŞ, Böyük Britaniya, Avstraliya və Kanada öz diplomatik missiyalarının əməkdaşları ilə onların ailə üzvlərinin Ukraynadan çıxarılacağını elan ediblər. Onların ardınca Almaniya hakimiyyəti də bəyan edib ki, ölkənin Xarici İşlər Naziliyi alman diplomatlarının Ukraynanı tərk eləmək istəyən ailələrinin yol xərcini ödəyə bilər. Hətta Höte institutu ilə başqa təşkilatların əməkdaşlarının da ailələrinə ölkəyə qayıtmağı təklif ediblər.
Son aylarda Rusiya-Ukrayna sərhədində hərbi-siyasi gərginlik artmaqdadır. Qərb ölkələrinin liderləri Moskvanın müharibəyə hazırlaşa biləcəyindən ehtiyat edirlər.
Hürr Tərcüman