📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov gedir? Kremldən açıqlama

2022-12-15 16:27:00

Lavrov gedir? Kremldən açıqlama

Hurriyyet.az “Lenta.ru” saytına istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun istefası ilə bağlı şayiələri elə şayiə kimi qəbul eləməyə çağırıb.

Qeyd edək ki, bir sıra rusdilli “Teleqram” kanallarında Lavrovun istefa verəcəyi xəbərləri yayılıb.

Sergey Lavrov 2004-cü ilin martından bəri Rusiyanın Xarici İşlər naziridir. Bundan əvvəl – 1994-2004-cü illərdə Rusiya Federasiyasının BMT-də və BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi olub.

Hürr Tərcüman