📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov hədələdi: Buna nüvə təhdidi kimi baxacağıq

2024-05-30 19:19:23

Lavrov hədələdi: Buna nüvə təhdidi kimi baxacağıq

Moskva Ukrayna ordusuna Amerikanın F-16 qırıcılarının tədarükünə NATO-nun nüvə sahəsində Rusiyaya siqnalı kimi baxacaq. Bu təyyarələrin Kiyevə verilməsi döyüş meydanında vəziyyəti dəyişməyəcək.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Amerika F-16 təyyarələri uzun müddət Şimali Atlantika Alyansının nüvə missiyaları çərçivəsində əsas çatdırılma vasitəsi olub:

“Bu qırıcıları Kiyevə tədarük etməklə Rusiyaya NATO və ABŞ-ın Ukrayna münaqişəsi çərçivəsində hər şeyə hazır olduğunu başa salmağa çalışırlar. F-16-lar Qərbin Kiyevə ötürdüyü digər silah növləri kimi Rusiya ordusu tərəfindən məhv ediləcək”.\\Axar.Az