📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov ilə ATƏT-in sədri Qarabağdan danışacaqlar

2022-02-10 11:30:00

Lavrov ilə ATƏT-in sədri Qarabağdan danışacaqlar

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in hazırkı sədri – Polşanın Xarici İşlər naziri Zbiqnev Rau ilə birlikdə Qarabağ məsələsini müzakirə edəcək. Danışıqların 15 fevral tarixində, ATƏT sədrinin Moskvaya səfəri çərçivəsində keçirilməsi planlaşdırılır.

Bu barədə açıqlamanı Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova verib. Onun sözlərinə görə, görüşün gündəliyində ATƏT-in fəaliyyəti, təşkilatın 2022-ci il iş planları barəsində çox sayda məsələlər var. Zaxarova danışıqların gedişində ATƏT-in Ukraynanın şərqindəki münaqişənin nizamlanmasındakı rolunun, Qarabağdakı, Pridnestroviyadakı vəziyyətin nəzərdən keçiriləcəyini söyləyib.

Hürr Tərcüman