📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov İrana dolayısı ilə xəbərdarlıq etdi

2021-09-10 09:17:00

Lavrov İrana dolayısı ilə xəbərdarlıq etdi

Suriyanın üçüncü ölkələrin döyüş meydanına çevrilməsinə qarşıyıq.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“İsrailin Suriyadakı hava hücumlarına gəlincə, deməliyəm ki, Suriya üçüncü ölkələr arasında qarşıdurma meydanına çevrilməməlidir. Bu mənada, Suriya torpaqlarının İsrail, yaxud digər ölkələrə qarşı istifadə edilməsini istəmirik. Bununla bağlı meydana çıxan problemlər hərbçilərimiz tərəfindən dəyərləndirilir”, - deyə XİN rəhbəri bildirib.