📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov İrəvana səfər edəcək

2022-11-17 18:00:00

Lavrov İrəvana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-ü İrəvanda rəsmi səfərdə olacaq.

Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin rəhbərinin müavini İvan Neçayev açıqlayıb.

Onun sözlərinə görə, Lavrov İrəvanda KTMT-nin Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şurası Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.