Lavrov İrəvandadır
2022-11-22 20:37:00
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hazırda İrəvandadır. O, Ermənistana ikigünlük işgüzar səfərə gedib. Lavrov burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şurası Katibləri Komitəsinin, Xarici İşlər Nazirləri Şurasının və Müdafiə Nazirləri Şurasının birgə iclasında iştirak edəcək.
Sabah Rusiya Prezidenti də İrəvana gedəcək və KTMT sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıq aparacaq.
Hürr Tərcüman