📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov: “İsrail BMT-nin Fələstinlə bağlı qətnamələrini pozur”

2023-10-20 15:15:25

Lavrov: “İsrail BMT-nin Fələstinlə bağlı qətnamələrini pozur”

Hurriyyet.az xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov “Rossiya-1” telekanalının efirindəki “60 dəqiqə” verilişində çıxış edərkən İsrailin BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı qətnamələrini pozduğunu söyləyib. Lavrov deyib: “Biz BMT Təhlükəsizlik Şurasının paytaxtı Şərqi Qüds olan, 1967-ci il sərhədləri əsasında Fələstin dövlətinin yaradılmasına dair razılaşmaların əldə olunmasını nəzərdə tutan qərarlarına sadiqik. Bu qətnamələri heç kim ləğv etməyib və onlardan heç kim imtina etməyib. İsrail qondarma yaşayış məntəqələrini genişləndirmək üçün birtərəfli fəaliyyəti ilə ilə bu qətnamələri pozur və bunu hamı bilir”.

Hürr Tərcüman