Lavrov iyunun 10-da İrəvana səfər edəcək
2022-06-03 13:33:00
Rusiyanın XİN naziri Sergey Lavrov KTMT ölkələrinin XİN Şurasının iclasında iştirak etmək üçün Ermənistana səfər edəcək. Bu barədə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Tədbir zamanı beynəlxalq, regional vəziyyət və onun KTMT-yə üzv ölkələrə təsiri ilə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Zaxarovanın sözlərinə görə, İrəvanda 2022-2024-cü illər üçün xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə ölkələrin nümayəndələri arasında məsləhətləşmələr planı imzalanacaq.
Lavrovun iştirakı ilə bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.
Ülviyyə,Hurriyyet.az