Lavrov kimə güvənib meydan oxudu?
Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün mediaya açıqlamasında ölkəsini dünya iqtisadi-siyasi sistemindən təcrid etməyin mümkünsüz olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiyanın dünyada dostları həddən artıq çoxdur və buna görə də Rusiyanı izalyasiya tədbirləri heç bir nəticə verməyəcək.
BMT Baş Assambleyasında Rusiyaya qarşı qətnamə səsverməyə çıxarıldı və 141 ölkədən yalnız 5 ölkə - Rusiya özü, Belarus, Suriya, Şimali Koreya, Eriteriya qətnamənin əleyhinə səs verdi.
Bitərəf qalan ölkələr 35-dir: Ermənistan, Çin, Hindistan, Cənubi Afrika, Qazaxıstan, Qırğızıstan, Pakistan, İran, İraq, Kuba, Nikaraqua, Əlcəzair, Banqladeş, Anqola, Boliviya, Burundi, El Salvador, Mali, Madaqaskar, Monqolustan, Mozambik, Namibiya, Seneqal, Sudan, Cənubi Sudan, Şri-Lanka, Tacikistan, Uqanda, Ekvatorial Qvineya, Konqo, Zimbabve, Vyetnam, Tanzaniya, Laos və Mərkəzi Afrika Respublikası.
9 ölkə ümumiyyətlə səsverməyə qatılmadı - Azərbaycan, Türkmənistan, Özbəkistan, Mərakeş, Toqo, Qvineya, Birkino Faso, Efiopiya və Venesuela.
Bitərəf qalan və səsverməyə qatılmayan ölkələrin heç biri Rusiyanın dostu deyil.
Əleyhinə olanlardır dostlar, onların sayı isə 4-dür: Belarus, Suriya, Şimali Koreya, Eriteriya.
Bu ölkələrmi Rusiyanı təcriddən qoruyacaq?
BMT-nin İnsan Haqları Şurasında Rusiya XİN rəhbəri Sergey Lavrovun çıxış edərkən dünyanın 140-dan çox nümayəndəsi onu boykot etdi: Lavrov çıxışa başlayan kimi zaldan çıxdılar.
Zalda yalnız Əlcəzair, Venesuela, Suriya, Tunis kimi bir neçə ölkənin nümayəndəsi qaldı.
Rusiya bu ölkələrləmi siyasi təcridi yaracaq?
Axar.az