Lavrov Makronun 34 elçisini ölkədən qovur
2022-05-18 15:50:00
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi 34 nəfər Fransa diplomatını persona non qrata elan edib.
RF XİN bunun Rusiya diplomatlarının Fransadan çıxarılmasına cavab addımı olduğunu söyləyib.
Fransanın Moksvadakı səfiri RF XİN-ə çağrılıb. Fransa hökumətinin ölkə ərazisindəki Rusiya diplomatik missiyalarında çalışan 41 nəfər diplomatın heç bir əsas olmadan ölkədən çıxarılması qərarına kəskin şəkildə etiraz bildirilib.
Fransalı diplomatların Rusiyanı tərk eləməsi üçün iki həftə möhlət verilib.
Hürr Tərcüman