Lavrov Mirzoyana zəng edib
2024-03-06 14:28:20
Hurriyyet.az "İnterfaks" agantliyinə istinadla xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon söhbəti olub.
Rusiya XİN-in açıqlamasına görə, nazirlər Moskva ilə İrəvan arasındakı ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Açıqlamada deyilir: "Xarici işlər nazirliklərinin rəhbərləri gündəlikdə olan ikitərəfli və regional məsələləri, o cümlədən, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını, həmçinin, ümumi inqteqrasiya təşkilatları çərçivəsində qarşılıqlı münasibətləri müzakirə ediblər".
Ermənistan XİN-in açıqlamasında telefon söhbətinin Rusiyanın təşəbbüsü ilə aparıldığı bildirilir.
Hürr Tərcüman