📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov Mirzoyanla danışıb - sabahkı iclasda Ermənistan-Azərbaycan sərhədindəki missiyanın işinin nəticələri müzakirə ediləcək

2022-10-27 21:00:00

Lavrov Mirzoyanla danışıb - sabahkı iclasda Ermənistan-Azərbaycan sərhədindəki missiyanın işinin nəticələri müzakirə ediləcək

Hurriyyet.az xəbər verir ki, Rusiya ilə Ermənistanın XİN rəhbərləri arasında telefon danışığı olub. Bu barədə məlumatı Rusiya XİN verib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 28 oktyabr tarixində keçiriləcək növbədənkənar iclasına hazırlıq məsələsini müzakirə ediblər.

İclasda Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hadisələrlə bağlı 15 sentyabr tarixində KTMT-nin göndərdiyi missiyanın işinin nəticələri müzakirə ediləcək.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsünün rəsmi İrəvana məxsus olduğunu bəyan edib.

Hürr Tərcüman