📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov: "Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir"

2023-10-02 20:45:10

Lavrov:

Moskva Azərbaycanın Qarabağ bölgəsində vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.

“Biz azərbaycanlı həmkarlarımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpası, ermənilərlə azərbaycanlıların birgə yaşayışı üçün şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bunda maraqlı olmalıdır, bunun üçün səy göstərəcəklər”, - Lavrov bildirib. \\Report