📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov NATO-nun Baş katibinin istefa verməsini arzulayır

2021-12-22 17:14:00

Lavrov NATO-nun Baş katibinin istefa verməsini arzulayır

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov NATO-nun Baş katibi Yens Stoltenberqi istefa verməyə çağırıb. Lavrovun fikrincə, Stoltenberq öz vəzifəsinin öhdəsindən gələ bilmir.

Lavrov RT-yə müsahibəsində deyib: “Avropa, Avroatlantika təhlükəsizliyinin əsasında bir sıra prinsiplər durur. Bu prinsiplər ən yüksək səviyyədə və siyasi öhdəliklər kimi razılaşdırılıb və imzalanıb. Dövlət və hökumət başçılarının imzaladığı razılaşmada qeyd edilən vahid və bərabər təhlükəsizlik prinsipinə görə, heç bir Avroatlantika dövləti və heçbir KTMT iştirakçısı öz təhlükəsizliyini başqalarının təhlükəsizliyini pozmaq hesabına qüvvətləndirməyəcək”. 

Lavrov deyib ki, əgər Stoltenberq  NATO üzvlərinin sənədlərdə möhkəmlənmiş, yüksək səviyyələrdə qəbul edilmiş bu prinsipləri tapdalamağa haqqı olduğunu düşünürsə, o zaman doğrudan da o, artıq başqa işə keçməlidir, çünki vəzifələrinin öhdəsindən gələ bilmir.

Lavrovun sözlərinə görə, NATO-nun baş katibi “ucadan və təkəbbürlə “heç kimin Vaşinqton razılaşması prinripini pozmaq hüququ olmadığını” bildirib – həmin prinsipə görə, NATO-nun qapıları ona birləşmək istəyən istənilən potensial aspirantın üzünə açıqdır. Lavrov Stoltenberqin işləmək üçün Norveçin Mərkəzi Bankına gedə biləcəyini deyib.

Hürr Tərcüman