Lavrov Qazaxıstana xəbərdarlıq etdi
Rusiya Qazaxıstanın Qərb dövlətləri ilə qarşılıqlı fəaliyyətinə qarşı deyil, lakin “əgər... Qərb dövlətləri təhdidlərə, şantajlara əl atmağa çalışsalar, müttəfiqlərimizi öz milli maraqlarının zərərinə Rusiya Federasiyası ilə münasibətləri pozmağa məcbur etsələr, biz bu cür cəhdlərə münasibətimizi gizlətməyəcəyik”.
Bunu Rusiyanın xarici işlər naziri Lavrov qazaxıstanlı həmkarı Nurtleu ilə keçirdiyi mətbuat konfransında bildirib.
İndi Qazaxıstanda Janozendən olan fəhlələrin hansı səbəbdən Astanaya toplandıqları bəlli oldu. Belə ki, 24-25 aprel tarixlərində Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi O'Sallivan Qazaxıstanın köməyilə sanksiyaların Rusiyadan yan keçməsi ilə bağlı danışıqlar üçün Astanaya gələcək. Janozen fəhlələrinin Astanay yürüşü Rusiyanın keçən ilin yanvar ayındakı kimi Qazaxıstanı qarışdıra biləcəyi ilə bağlı ismarıcıdır.