Lavrov: "Qərb Cənubi Qafqaza sülh gətirməyə çalışmır"
2023-12-28 10:38:35
"Qərb dövlətləri Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Rusiyanı sıxışdırıb çıxarmaqdır".
Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair "TASS"a eksklüziv müsahibəsində deyib.
"Ermənistan indi bir sıra çətinliklərlə üz-üzədir. Üstəlik, Qərb ölkələrinin köməyi ilə onların öhdəsindən gəlmək mümkün deyil. ABŞ və Avropa İttifaqı Rusiyadan fərqli olaraq, Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır”, - rusiyalı nazir qeyd edib.
iqtisadiyyat.az