📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov: “Rusiya, Azərbaycan və Ermənistan arasında görüşün baş tutacağına inanıram”

2021-11-19 16:56:00

Lavrov: “Rusiya, Azərbaycan və Ermənistan arasında görüşün baş tutacağına inanıram”

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya, Ermənistan və Azərbaycan tərəflərinin görüşünün baş tutacağına inandığını, lakin bunun üçün tərəflərin razılığının lazım olduğunu bildirib.

Lavrov bununla bağlı jurnalistlərə açıqlamasında deyib: “Siz dediniz ki, Kremlin mümkün üçtərəfli görüş barəsindəki şərhində görüş üçün konsensus lazım olduğu deyilir. Mən də təsdiq edirəm ki, konsensusun olması üçün görüşməyə hazırlaşan tərəflərin hamısının razılığı olmalıdır. Belə bir görüşün baş tutacağına inanıram”.

Lavrovun açıqlamasından əvvəl də RF Prezidentinin mətbuat nümayəndəsi Dmitri Peskov bəyan eləmişdi ki, Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli sammitinin keçirilməsi müəyyən mərhələdə zəruri olacaqdır, lakin bunun üçün bütün tərəflərin razılığı olmalıdır.

 

Hürr Tərcüman