📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov: "Rusiya və Ukrayna prezidentlərinin görüşünə..."

2022-04-04 22:35:00

Lavrov:

Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodmir Zelenski ilə görüşü Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə edildikdən sonra mümkündür.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqsının Ukrayna üzrə təmas qrupu ilə danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Rusiya və Ukrayna prezidentlərinin görüşünə gəlincə, bu, nəticə olduqdan sonra mümkündür - bunu prezident Putin də bildirib. Nəticəni möhkəmlətmək üçün belə bir zirvə görüşü təşkil edilə bilər" - deyə lavrov vurğulayıb. \\APA