Lavrov: Rusiya xüsusi əməliyyatı davam etdirəcək
2022-03-03 15:07:00
Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin təhlükə yaradan infrastrukturun və silahların məhv edilməsi əməliyyatını davam etdirəcək.
Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz Ukraynada Rusiyanın təhlükəsizliyini təhdid edən infrastrukturu təhlükəli vəziyyətdə saxlaya bilmərik”, - nazir bildirib.
Axar.az