📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov: "Rusiyanın Ermənistandakı hərbi bazası..."

2023-12-28 10:24:52

Lavrov:

Hurriyyet.az xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov 2023-cü ilin yekunları ilə bağlı TASS informasiya agentliyinə müsahibəsində Rusiyanın Ermənistanın Gümrü rayonundakı bazası məsələsinə də toxunub. Lavrov deyib: "Rusiyanın 102 saylı hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı mülahizələri zərərli hesab edirik. Bazanın orada yerləşdirilməsi ilə bağlı razılaşma 1995-ci il martın 16-da imzalanıb. Müqavilə ilk növbədə dövlətlərimizin milli maraqlarına və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi kimi ümumi hədəfimizə xidmət edir".
Hürr Tərcüman