Lavrov: Ukrayna ilə bağlı danışıqlara hazırıq
2024-03-18 21:55:21
Rusiya Ukraynadakı vəziyyətlə bağlı danışıqlara hazırdır. Lakin bu da Ukrayna lideri Vladimir Zelenskinin təklif etdiyi “sülh formuluna” uyğun aparıla bilməz.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazirliyinin saytında qeyd olunur ki, Lavrov ölkəsinin bu mövqeyini Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui ilə görüşdə ifadə edib.
Xarici işlər naziri xatırladıb ki, Kiyev əvvəlcə Rusiya prezidenti Putinlə danışıqların aparılmasının mümkünsüzlüyü haqqında qanunu ləğv etməlidir. Ukrayna Rusiyanın legitim maraqlarını da nəzərə almalıdır. \\BakuPost