📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov və Əraqçi Tehranda nədən danışdılar?

2026-10-19 20:52:56

Lavrov və Əraqçi Tehranda nədən danışdılar?

“İran və Rusiya geniş spektrli məsələlər üzrə, o cümlədən Fars körfəzi, Qafqaz, Ukrayna və Tehran ilə Vaşinqton arasındakı danışıqlarla bağlı əməkdaşlıq edir”.

Hurriyyet.net  “TASS”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

İran XİN rəhbəri tərəflərin regional məsələlərin həllində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb:

“Bu gün biz, xüsusilə Fars körfəzi, Qafqaz, İran və ABŞ arasındakı danışıqlar, Ukrayna və digər mövzulara dair məsələləri müzakirə etdik”.

Qeyd edək ki, Lavrov və Əraqçi Türkmənistanda keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasından əvvəl də qısa görüş keçirmişdilər.