Lavrov: “Xoruz Fransanın milli rəmzidir, ona görə də xoruzlanmağı sevirlər”
2022-03-03 14:43:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Fransa siyasətçilərinin Rusiya barəsində açıqlamalarından danışarkən belə deyib.
Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib: “Həmkarım, Fransanın Xarici İşlər naziri Jan-İv Le Drianın bəyanatına baxmağı unutmayın. O, meydan sulamağı çox sevir. Xoruz fransızların, necə deyərlər, milli simvoludur. Ona görə də çox tez-tez xoruzlanırlar. O bəyan edib ki, Putin bundan sonra dünya ilə münasibətləri zamanı Fransanın da nüvə silahı olduğunu unutmamalıdır. Baxın, bunu deyən mən deyiləm, odur!”
Hürr Tərcüman