Lavrov yalan danışır! - Prays
2022-03-08 12:26:00
ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Rusiya xarici işlər naziri Sergey Lavrovu yalan danışmaqda günahlandırıb.
Hurriyyet.az xəbər verir ki, N.Prays bu barədə Tvitter hesabında paylaşım edib.
“Rusiya hazırda Ukraynada müharibəni alovlandırmaqla məşğuldur. Bu açıq-aydındır. Rusiya özü Ukraynada müharibəni qızışdırır. Ukrayna müharibə istəmir. Yalanı dayandırın”, - Prays yazıb.
Qeyd edək ki, Lavrov Ukraynadakı xüsusi əməliyyatın bu ölkədə baş verən və gələcəkdə baş verə biləcək müharibələrin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.