Lavrova Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndə təyin olundu
2022-04-14 21:26:00
ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindədir. Bunun üçün xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev yeni vəzifədə - Rusiya Xarici İşlər Nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətini davam etdirəcək", deyə Zaxarova vurğulayıb. \\APA