📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrova "DQMV” xəbərdarlığı: mikrafonu söndürdü – Video

2023-07-25 23:20:00

Lavrova

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub.

Rusiya xarici işlər naziri Sergey Lavrova üçtərəfli görüş öncəsi açıqlama verərkən, köməkçisi ona yaxınlaşır və pıçıltı ilə nəsə deyir. Bunu eşidən kimi Lavrov mikrafonu söndürür və əsəbiləşdiyi hiss edilir.

Sosial şəbəkələrdə bildirilib ki, köməkçisi Lavrova “keçmiş DQMV” sözünün işlənməsinin azərbaycanlıların xoşuna gəlməyəcəyi haqda məlumat verir.

Qeyd edək ki, Lavrovun çıxışında “keçmiş DQMV” sözündən istifadə etməməsini bununla əlaqələndirirlər. Lakin Lavrov “Dağlıq Qarabağ” ifadəsini işlədib və belə bir ərazi vahidi də yoxdur.

 

Axar.Az