📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrovdan Avropa liderlərinə sərt sözlər

2026-11-17 11:03:15

Lavrovdan Avropa liderlərinə sərt sözlər

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropa liderlərinin mövqeyi, Rusiya-ABŞ münasibətləri və qlobal siyasi proseslərlə bağlı sərt açıqlamalar verib.

Hurriyyet.net  xəbər verir ki, Sergey Lavrov hazırkı Avropa liderləri arasında tərəfdaş kimi dialoqa girə biləcək adekvat həmsöhbət tapmağın çətin olduğunu bildirib. Rusiya XİN başçısı qeyd edib ki, Moskva ilə Vaşinqton arasında ikitərəfli dialoqda hələ də kütləvi ziddiyyətlər qalır, ABŞ tərəfi isə hətta Donald Trampın hakimiyyətə gəlməsindən sonra da “Lukoil” və “Rosneft”ə qarşı yeni sanksiyalar qəbul edib.

Onlar Bayden dövrünün bütün məhdudiyyətlərini uzadırlar, baxmayaraq ki, Donald Tramp bunu “mənim deyil, Baydenin müharibəsi” adlandırır.

Lavrov həmçinin Rusiyanın Serbiyanın Neft Sənayesindən sıxışdırılaraq çıxarıldığını və qlobal enerji bazarlarından kənarlaşdırıldığını vurğulayıb.

Onun sözlərinə görə, avropalılar Ankoridc görüşündən sonra Trampın əlindən asılı vəziyyətə düşüblər və Avropanın Ukrayna məsələsində vasitəçilik etmək üçün dəfələrlə şansı olub, lakin bunun nə ilə bitdiyini hamı bilir. Nazir əlavə edib ki, ABŞ ilə danışıqlarda heyranlıqdan ağzını açıq qoyub oturmaq lazım deyil, çünki amerikalılar belə davranışı hörmətsiz qarşılayırlar, Rusiya-Amerika münasibətlərində qıcıqlandırıcı amillərin aradan qaldırılması istiqamətində danışıqlar isə hələlik ləng və qeyri-müəyyən şəkildə davam edir.