📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrovdan Pəncşirlə bağlı çağırış etdi: “Moskva ümid edir ki...”

2021-09-02 15:17:00

Lavrovdan Pəncşirlə bağlı çağırış etdi: “Moskva ümid edir ki...”

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov taliblərə müraciətlə çıxış edib. Lavrov deyib: “Moskva ümid edir ki, “Taliban” hərəkatı Pəncşir vilayətindən döyüşlərin başlanması planlarını həyata keçirməkdən imtina edəcək və Əfqanıstandakı digər qüvvələr ilə dialoqa başlayacaq”. Məlumatı “RİA Novosti” agentliyi yayıb.

RF XİN başçısı deyib: “Münaqişənin tərəfləri arasındakı danışıqların davamlı olacağına, müsbət nəticələnəcəyinə, döyüşlərin yenidən başlayacağı barəsində təhdidlərin reallaşmayacağına ümid edirik”.

Bu gün “Əl Cəzirə” telekanalı qiyamçıların lideri Əhməd Məsud ilə danışıqların uğursuz nəticələndiyi üçün taliblərin Pəncşir vilayətindəki müqavimət qüvvələrinə qarşı hücuma başlayacaqlarını xəbər verib. Hərəkatın nümayəndəsi Əmir Xan Müttəki də bildirib ki, müqavimətçilərlə danışıqların uğursuz nəticələnməsi səbəbindən “Taliban” Pəncşiri hərb yolu ilə almağa hazırlaşır.

Sentyabrın 1-də taliblər Pəncşir vilayətindəki 5 məntəqəni tutduqlarını bildiriblər. Lakin qiyamçılar bu informasiyanı təkzib ediblər.

Qəribədir ki, Pəncşirdə sülh çağırışları edən Rusiyanın sələfi olan SSRİ-nin Əfqanıstanı işğalı zamanı ona qarşı ən güclü müqavimət göstərən də, müasirimiz Əhməd Məsudun atası Əhməd Məsudun liderlik elədiyi Pəncşir vilayəti olub. 1979-cu ildə Sovet İttifaqı Əfqanıstan işğal edib hakimiyyəti ələ keçirdiyi zaman Məsud artıq silahlı qüvvələrə rəhbərlik edən bir partizan komandan idi. O, Pəncşir rayonunda ruslara yol verməmişdi.