📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrovdan Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə CAVAB

2022-05-30 09:35:00

Lavrovdan Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə CAVAB

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin səhhətinin pis olması ilə bağlı məlumatları təkzib edib.

Bu barədə Hurriyyet.az “Report”-a istinadən xəbər verir.

"Prezident Vladimir Putin hər gün ictimaiyyət qarşısına çıxır. Siz onu televiziya ekranlarında izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan insanlar bu insanda hansısa xəstəlik və ya xəstəlik əlamətlərini görə bilsinlər", - Lavrov deyib.