Lavrovla Bayramov arasında telefon danışığı: “Rusiya hazırdır”
2023-01-31 22:13:00
Hurriyyet.az RF XİN-ə istinadla xəbər verir ki, yanvarın 31-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Diplomatlar Laçın yolundakı vəziyyəti, RF, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli razılaşma əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının vacibliyini müzakirə ediblər.
Rusiya tərəfi Moskvada Azərbaycan ilə Ermənistan XİN rəhbərləri arasında iki ölkənin sülh müqaviləsi layihəsi üzrə danışıqlar çərçivəsində növbəti görüşü keçirməyə hazır olduğunu bir daha bəyan edib.
Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında da telefon danışığı olub.
Hürr Tərcüman