📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrovla Blinkenin görüşü başa çatdı

2021-12-02 16:08:00

Lavrovla Blinkenin görüşü başa çatdı

Hurriyyet.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov  ilə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken arasında görüş başa çatıb. 40 dəqiqə davam edən görüş Stokholm şəhərində, ATƏT-in xarici işlər nazirlərinin sammiti çərçivəsində baş tutub, mətbuat üçün qapalı formatda keçirilib.  

Lavrov ilə Blinken bu il ikinci dəfə körüş keçiriblər. İlk belə görüş may ayında Reykyavikdə, Arktika Şurasının nazirlərinin toplantısı çərçivəsində baş tutub və iki saata yaxın davam edib.

 

Hürr Tərcüman