Lavrovla BMT-nin nümayəndəsi Suriyadakı vəziyyəti müzakirə edilər
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersen Əbu-Dabidə Suriya ətrafında vəziyyətlə bağlı görüş keçiriblər.
RF XİN saytında dərc edilən açıqlamada deyilir: “Söhbət zamanı Suriya böhranının BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında hərtərəfli nizamlanması vəzifələri vurğulanmaqla, Suriya Ərəb Respublikası və onun ətrafında yaranan vəziyyət müzakirə edilib”.
Tərəflər Suriyadaxili Konstitusiya Komitəsinin işinə xüsusi diqqət yetiriblər.
Diplomatlar həmçinin BMT Təhlükəsizlik Şurasının 2642 saylı qətnaməsinə uyğun olaraq, Suriyanın əsas infrastrukturunun tezliklə bərpası layihələrinin həyata keçirilməsi üçün beynəlxalq səylərin artırılmasının vacibliyini qeyd ediblər.
Hürr Tərcüman