Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir
2023-02-17 15:48:00
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir.
Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sülh sazişi ilə bağlı danışıqlarda Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını təsdiq ediblər: “Moskva Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirməyə hazırdır”. (qafqazinfo)