📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrovun Bakı səfəri: Moskva moderatorluğu əldən vermək istəmir - ŞƏRH

2023-02-28 22:11:00

Lavrovun Bakı səfəri: Moskva moderatorluğu əldən vermək istəmir - ŞƏRH

Rusiya əlində olan imkanlardan istifadə edib sülhyaratma prosesin töhfə vermədi. İndi isə gedən qatarın arxasınca baxmaq məcburiyyətindədir.

Hurriyyet.Az bildirir ki, bunu Bakupost.Az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya səfərinin nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, rəsmi Moskva regionda bəzi fürsətləri əlindən qaçırıb:

"Rusiya Azərbaycanla iqtisadi, mədəni, ticarət sahəsində əlaqələri genişləndirmək fikrindədir. Bu məsələlər barəsində razılıqlar əldə edilə bilər. Lavrov dünən axşam ölkə prezidenti İlham Əliyevlə, bu gün isə Ceyhun Bayramovla görüşüb. Bu gün Bakı şəhərində Lavrovun iştirakı ilə “Rusiya-Azərbaycan münasibətləri XXI əsrdə: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” ” adlı elmi nəzəri konfrans da keçirilib. Ümumiyyətlə, düşünürəm ki, Lavrovun Bakıya səfəri zamanı Qarabağ məsələsi,bölgədə sülhyaratma prosesinin indiki mərhələsi, danışıqlarda Rusiyanın rolu və Brüssel danışıqları ilə bağlı mövzular diqqət mərkəzində olub".

Qabil Hüseynlinin fikrincə, Rusiya bölgədə sülhməramlıların qalması ilə bağlı məsələni də müzakirə etmək fikrindədir:

“Bölgədə sülhyaratma prosesində Rusiyanın moderatorluq məsələsini yenidən gündəmə gətirirlər. Moskva öz mövqeyinin qəbul edilməsində təkid edir".

 

Əfsanə Rəcəb