📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrovun diplomatları qovulur – “Səfirlik bağlanacaq”

2022-07-04 16:26:00

Lavrovun diplomatları qovulur – “Səfirlik bağlanacaq”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov əməkdaşların qovulmasından sonra Rusiyanın Bolqarıstandakı səfirliyinin normal işləmək qabiliyyətinin olmayacağını bəyan edib.

Lavrov Moskvada keçirilən mətbuat konfransı zamanı deyib: “Bizim dəyərləndirməmizə görə, səfirlik artıq normal işləyə biləcək vəziyyətdə deyil. Təbii ki, biz bolqar həmkarlarımıza qarşılıq verəcəyik”.

Xatırladaq ki, Lavrovun rəhbərlik elədiyi nazirliyin 70 diplomatı Sofiyadan qovulub.

Hürr Tərcüman