📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrovun nümayəndəsi Bakıya niyə gəlib? Zaxarova açıqladı

2022-11-24 18:19:00

Lavrovun nümayəndəsi Bakıya niyə gəlib? Zaxarova açıqladı

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinalda xəbər verir ki, RF XİN mətbuat katibi Mariya Zaxarova brifinq zamanı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəhbərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya səfəri zamanı sülh müqaviləsi məsələsinin də müzakirə edildiyini bildirib.

Zaxarova noyabrın 14-də Xovayevin İrəvana səfər etdiyini, “Ermənistanın siyasi rəhbərliyi ilə məşvərət apardığını” da xatırladıb.

Zaxarova deyib: “Hazırda o, Azərbaycan tərəfi ilə görüşlər üçün Bakıda səfərdədir. Bu təmaslar zamanı həm də sülh müqaviləsinin peoblemləri müzakirə edilir”.

Hürr Tərcüman

Prezident İlham Əliyev İqor Xovayevi qəbul edib - 24.11.2022, Sputnik  Azərbaycan