Le Figaro: Fransız sağçılarının rəhbəri ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxmasını istəyir
2024-05-23 12:01:14
Fransanın Respublikaçılar partiyasının rəhbəri Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verilməsi tələbini tənqid edib. O bəyan edib ki, Haaqa məhkəməsinin “özü- özünü gözdən salıb” və “artıq var ola bilməyəcək”.
Səbəb “Özünü indiyə qədər baş verən ən dəhşətli terror hücumundan müdafiə edən demokratik dövlətin baş nazirinə qarşı iddia” qaldırmasıdır.
“Le Figaro” vurğulayır ki, Eric Ciotti də Fransanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq istəyini ifadə edib. Fransa Senatının rəhbəri Jerar Larşe məhkəməyə qarşı bu ittihama qoşularaq “demokratik hökumətlə terrorçuların bərabər tutulmasını” “qeyri-qanuni” adlandırıb.
Ülviyyə, Hurriyyet.az