Le Figaro: İran Rusiyadan “təhlükəsizlik çətiri” umur
İran ilə Rusiya arasında keçmişdə müxtəlif münasibətlər dönəmi olub. Amma indi onlar ümumi düşmənləri - Qərbin əleyhinə yaxınlaşma kursuna istiqamət götürüblər. Bu barədə Fransanın "Le Figaro" nəşri "İran Rusiyadan təhlükəsizlik çətiri umur" başlıqlı yazı dərc edib.
Məqalə müəllifi ekspertlərin rəyinə istinad edərək qeyd edir ki, Rusiya İrana özünün “təhlükəsizlik çətiri”ni təmin edəcək. Jurnalistin həmsöhbətlərindən biri qeyd edir ki, Moskva İran müttəfiqinə özünün S-400 hava hücumundan müdafiə sistemini təklif edə bilər, həmçinin radarları təkmilləşdirə, onu peyk məlumatları ilə təmin edə və ballistik raketlərinin uçuş məsafəsini artıra bilər.
İran üzrə fransız mütəxəssis Klement Termenin fikrincə, “Rusiya İran rejiminin sağ qalmasının qarantı kimi görünür”. Politoloqun fikrincə, bu yaxınlaşma onunla yekunlaşa bilər ki, Rusiya İran ordusunun texnikasını modernləşdirəcək yeni müdafiə sazişi bağlaya bilər. Rusiya İrana öz texnologiyasını və Su-35 təyyarələrini ötürsə, bununla ikitərəfli münasibətlərdə kvant sıçrayışı etmək olar.
2022-ci ilin fevralının sonlarında, 2015-ci il nüvə sazişinə qayıtmaq üzrə danışıqlar başa çatmaq üzrə olduğu bir vaxtda İran öz qazının və neftinin bazarda rus qaz və neftini əvəz etməməsi üçün Rusiyanın onun qarşısında qoyduğu tələblər üzündən ABŞ-la nüvə sazişinə yaxın durmadı. Avqustun sonunda, hətta Emmanuel Makron və Aİ diplomatiyasının rəhbəri Josep Borrell tərəfindən elan edilən nüvə sazişinin yenidən imzalanmalı olduğu məqamda, yeni bir problem peyda oldu: İranın ali liderinin səhhəti, 83- yaşlı Əli Xameneinin vəziyyəti kəskin şəkildə pisləşdi.
Fransalı jurnalistin həmsöhbətinin sözlərinə görə, İran bütün bunları Rusiya ilə strateji münasibətlər naminə edib. Məqalə müəllifi yazır: “İranlılar üçün rusları öz tərəflərində saxlamaq vacib idi ki, israillilər Suriyada iranyönümlü hərbi qüvvələrin Bəşər Əsədlə birgə fəaliyyət göstərdiyi İran mövqelərinə daha zərbə endirməsinlər”.
Rusiya-İran yaxınlaşması Qərb üçün ciddi problemdir. ABŞ yeni sanksiyalar tətbiq edib və nüvə danışıqlarının bərpası artıq görünmür, lakin onlar İranın qeyri-qanuni neft ixracına göz yumurlar. Ekspertlər əmin deyillər ki, ABŞ nəhayət İranla nüvə sazişi ilə bağlı razılaşmadan imtina edib ya yox. İsrail isə öz növbəsində Suriyadakı düşmənlərinə zərbə endirmək üçün ona lazım olan olan Rusiya ilə üz-üzə gəlmək istəmir.
Fransaya gəlincə, o, çox ehtiyatlı davranır. Onlar İranda baş verən etiraz aksiyalarına gözlənti ilə baxırlar, baxmayaraq ki, aksiyaların inqilaba gətirib çıxara bilməyəcək qədər zəif olduğunu hesab edirlər. Bundan əlavə, İran bütün regionun mərkəzi elementidir və bunsuz Makronun nəzərdə tutduğu kimi İraqla bağlı yeni konfrans çağırmaq belə çətin olacaq.
Ekspertlər xəbərdarlıq edir ki, Rusiyanın "təhlükəsizlik çətiri" ilə gücləndirilən və daxili təhdid altında olan İran həqiqətən də nüvə bombasının inkişafını sürətləndirə bilər. “Məsələ ondadır ki, ruslar iranlıları təhlükəsizlik çətiri ilə təmin etməklə onlara öz nüvə proqramını davam etdirmək imkanını verəcəklərmi. Ruslar indiyədək nüvə silahının yayılmaması mövqeyində dayanıblar. Onlar İran rejiminə inanmırdılar”, deyə ekspert qeyd edir.
Eyni zamanda ekspertlər Rusiya-İran yaxınlaşmasının müvəqqəti xarakter daşıdığını vurğulayırlar. Onlar xatırlayırlar ki, Rusiya və İran əvvəllər də heç vaxt reallaşmayan "neft əvəzində məhsul" müqaviləsi imzalayıblar.
Moskva o zaman şikayət etdi ki, iranlılar onlara lazım olan malların siyahısını belə vermədilər, çünki son ana qədər ABŞ-la nüvə sazişi əldə etməyə ümid edirdilər.
İran bunu inkar etsə də, tədricən nüvə proqramının son mərhələsinə yaxınlaşır. “Le Figaro” yazır ki, onlar ya özləri üçün sövdələşmənin əlverişli şərtləri ilə bazarlıq etmək, ya da "nüvə bombası sahibi statusu"nu qazanmaq istəyirlər. İran hər iki variantı özü üçün zəmanət kimi saxlayır və bununla da qarşı tərəfə təzyiqi artırır.
Ülviyyə, Hurriyyet.az