📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Le Pen: “Fransa artıq Ukraynaya yardım göstərə bilməz”

2026-10-15 11:33:46

Le Pen: “Fransa artıq Ukraynaya yardım göstərə bilməz”

Fransanın millətçi siyasətçisi Marin Le Pen ölkəsinin Ukraynaya yardım proqramlarında iştirakını nəzərdən keçirməyi təklif edib.

Hurriyyet.net xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, Paris artıq Kiyevi dəstəkləyə bilməz.

Le Pen əvvəllər Ukraynaya birbaşa yardımı dayandıracağına söz vermişdi. O, yalnız Ukrayna ordusu üçün bəzi əməliyyat dəstəyinin və təlimlərin davam etdirilməsinin mümkün olduğunu bildirirdi. İndi siyasətçi hətta hakimiyyətə gələcəyi təqdirdə Kiyevin birgə Aİ proqramları vasitəsilə maliyyələşdirilməsindən imtina etməyi düşünür.

Le Pen bildirib: “Biz Zelenskiyə ədalətli xəbərdarlıq etməliyik ki, artıq bunu edə bilmərik”.

O, Aİ-nin Ukraynaya 90 milyard avroluq kreditini xatırladıb. Onun sözlərinə görə, bu kreditin 18 milyard avrosu Fransaya məxsusdur.

Le Pen həmçinin Ukraynanın Aİ-yə qoşulmasını birlik üçün "harakiri" adlandırıb.