Lənkəran Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
2026-08-04 10:15:10
Lənkəran Rayon Mərkəzi Xəstəxananın direktoru işdən çıxarılıb.
Hurriyyet.Media xəbər verir ki, direktor Nuridə Məmmədova öz istəyi ilə tutduğu vəzifəsindən azad olunub.
O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, N.Məmmədova 2025-ci ilin avqustunda Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub. Onun işdən uzaqlaşması ilə bağlı ərizəsini təqdim etməsi yaşayış yerini dəyişməsi göstərilir.
