📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lənkəran sakinlərində 20 kq narkotik aşkarlandı

2024-06-08 09:55:00

Lənkəran sakinlərində 20 kq narkotik aşkarlandı

Lənkəran sakinlərindən 20 kiloqram narkotik vasitə aşkarlanıb.

Hurriyyet.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri Aqil Vəliyev və Anar Vəlizadə sonuncunun idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıblar.

Həmin nəqliyyat vasitəsindən 20 kiloqram tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin narkotik vasitəni saxlanılan şəxslərdən Aqil Vəliyevin şəxsiyyəti istintaqla araşdırılan "Hafis" adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.