📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lənkəranda 12 yaşlı qız faciəvi şəkildə öldü

2023-08-11 16:00:00

Lənkəranda 12 yaşlı qız faciəvi şəkildə öldü

Lənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bədbəxt hadisə şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.