Lənkəranda 29 yaşlı şəxs itkin düşüb - Foto
2024-07-13 20:56:17
Lənkəranda sakini olan 1995-ci il təvəllüdlü Toğrul Eldəniz oğlu Quluzadə itkin düşüb.
Hurriyyet.az qafqazinfo-ya istinadla xəbər verir ki, Toğrul Quluzadə dünən səhər saat 06:00-da işə gedib.
Yaxınlarının verdiyi məlumata görə, o, gündüz saat 11 radələrində işlədiyi yerdən uşaqların xəstə olmaları və evə getmək məcburiyyətində olduğu üçün icazə alıb.
O vaxtdan T. Quluzadədən heç bir xəbər yoxdur. Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Toğrul Quluzadəni görən, ondan məlumatı olanlardan polisə və ya +994504048464 nömrəsinə məlumat vermələri xahiş olunur.
Surxay Şahbazov
