Lənkəranda açıq sahələrdə yanğın - Video
2026-08-14 12:31:01
Lənkəran rayonu ərazisində müxtəlif istiqamətlərdə açıq sahələrdə yanğınlar baş verib.
Hurriyyet.Media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.