Lənkəranda ata 9 yaşlı oğlunu qətlə yetirdi və intihar etdi
Lənkəranın Zövlə kəndinin sakini oglunu öldürüb və bundan sonra intihar edib. Hadisə rayonun Zövlə kəndində qeydə alınıb.
Hurriyyet.az KİV-lərin yazdığına görə, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov kəndlərində keçən Ulum çayının kənarında oğlu, 2012-ci il təvəllüdlü Vahid Məmmədovun başını kəsərək qətlə yetirib. Sonra isə öz şah damarını da kəsib və çaya düşüb. Hadisənin dünən baş verdiyi ehtimal edilir. Hər iki meyit bu gün qohumları tərəfindən çayda aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.
Əvvəllər məhkumluq həyatı yaşamış Ş.Məmmədov bir neçə il bundan qabaq həyat yoldaşından boşanıb, oğlu anası ilə qalsa da, son 2 ayı atasıgilə gəlib. Daha əvvəl atanın özünü və oğlunu öldürəcəyi ilə bağlı həyat yoldaşını təhdid etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı sakini Aytən Niftəliyeva əri ilə dalaşandan sonra 1 yaş yarımlıq körpəsi Tahirə ilə birlikdə yaşadıqları üçmərtəbəli mülkün damından yerə yıxılıb. Onların hər ikisi ölüb. Təsdiqlənməyən versiyaya görə, qadın intihar məqsədi ilə özünü damdan atıb, amma yaxınları onu ərinin aşağı itələdiyini iddia edirlər. Daha əvvəl isə Biləsuvar rayonunda qaynatası tərəfindən mütamadi əzab verilən gənc qadın 1 yaşlı körpəsi ilə özünü su kanalına atmışdı, nəticədə körpə ölmüşdü.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
